Bu gün Stalinqrad cəbhəsində Sovet qoşunları tərəfindən 6-cı alman ordusunun darmadağın edilməsinin 82 il ötür. Stalinqrad zəfəri tək SSRİ-in yox, dünya hərb tarixində ən böyük döyüş və parlaq qələbə nümunələrindən hesab olunur.

Vermaxt Moskva ətrafında məğlubiyyətdən sonra bütün gücünü Sovet İttifaqının cənubuna - Qafqaz və Azərbaycana səfərbər etmişdi. Məhz III Reyxin Bakı neftini ələ keçirmək taleyüklü məsələ olmuşdur. Həmçinin Stalinqrad döyüşündə almanlar qalib gəlsəydi, Türkiyə, Yaponiyada SSRİ-yə müharibə elan edəcək və qoşunlarını fürerin marşallarının sərəncamına verəcəkdilər. 1942-ci ilin 17 iyunundan noyabrına kimi döyüşü əməliyyatı şəraiti almanların üstünlüyündə idi. Onlar Stalinqtad şəhərinin 99% ələ keçirmişdi. General Vasiliy Çuykovun şəhərdə qalan fədalar əsgərləri yaşayış məntəqəsinin 1% də inadla müqavimət göstərərək şəhərin tamamilə işğalına imkan vermədilər. Almanlar sovet əsgərlərinin inadlı müqavimətini sındırmaq üçün nə qədər əlavə qoşunlar cəlb etsə də, müdafiəçilər sarsılmadılar və almanlar dalana dirəndi. Noyabrın 19-dan isə Sovet Qoşunları Stalinqrada iki istiqamətdən hücuma keçərək Vermaxtın 6-cı ordu qrupunu mühasirəyə aldı. İki aydan çox davam edən qanlı döyüşlərdən sonra  düşmənin müqavimət göstərən son qalıqları 2 fevral 1943-cü ildə darmadağın edildi və general-feldmarşal Fridrix Paulusun qərargahı ilə birgə Sovet Ordusuna təslim oldu. Nəticədə 91 min alman əsgəri əsir alındı. Alman hərb tarixində ilk dəfəydi ki, marşal əsir götürülürdü. Almanların Stalinqradda məğlub olması III Reyxdə matəm elan olundu. Bu Nasist Almaniyasında ilk və son matəm kimi də tarixə həkk olub.  Stalinqrad vuruşmasında azərbaycanlılarda öz qəhramanlığı, igidliyi ilə səs çıxarıb. Elə yalnız 55-ci tank briqadasının komandiri Həzi Aslanovun adını çəkmək kifayətdir. Cəngavər tankçı həm şəhərin müdafiəsində xüsusi rəşadət göstərmiş, həm 6-cı Ordu qrupunu mühasirədən xilas etməyə çalışan general-feldmarşal Erik Manşteynin tank ordularının böyük təlafatlar verərək geri oturdulmasında misilsiz qəhramanlıq və sərkərdəlik dühasını göstərmişdir. Buna görə Həzi Aslanova Sovet İttifaqı Qəhramanı adı verilmişdir.

Vermaxtın Stalinqradda cəbhəsində rüsvayçı məğlubiyyəti müharibənin sonrakı gedişatından da  almanlara psixolojo təsirsiz ötüşmədi və işğalçılar həm Şərq, həm Qərb, həm də Afrika cəbhələrindəki döyüşlərdə ardıcıl məğlubiyyətləri sıraladı.

2 fevral 1943-cü ildə Sovet Ordusu Stalinqradda yalnız Alman ordusunu deyil, həm də onların müttəfiqi İtalyan, Macar, Xorvat, Rumın hərbi birləşmələrini də pərən-pərən etmiş, Yaponiya ilə Türkiyənin isə gözünü qorxutmuşdu. Bununlar Sovet İttifaqı həm də başqa dövlətlərin, xalqların müharibəyə qoşulması və böyük qırğınların da qarşısını almış olur. Vermaxtın Stalinqradda cəbhəsində rüsvayçı məğlubiyyəti müharibənin sonrakı gedişatından da  almanlara psixolojo təsirsiz ötüşmədi və işğalçılar həm Şərq, həm Qərb, həm də Afrika cəbhələrindəki döyüşlərdə ardıcıl məğlubiyyətləri sıraladı.

Bu gün həmçinin düşmənlərin dəyirmanına su tökənlərin qara günüdür. Belə ki, Böyük Vətən Müharibəsi zamanı bəzi mühacirlər və bəzi zabit şərəfinə tüpürənlər almanların tərəfinə keçdi. Ruslardan general Vlasov, gürcülərdən menşevik tör-töküntüləri, ukraynalılardan Stepan Bandera idisə, bizlərdən luzer Məhəmməd Əmin Rəsulzadə və satqın Əbdürrəhman Fətəlbəyli Düdənginski idi. Məhz bunlar sovet xalqını, o cümlədən də azərbaycanlıları untermenşen (almanlar özlərini və ari irqindən olmayanları aşağı hesab edir və bu adla çağırırdı) hesab edənlərə kölə olmağı və satılmağı üstün tutaraq öz xalqına qarşı silah çevirdilər. Bu cür xəyanətkar davranışa, çuğulçuluğu, baxmayraq sovet xalqı faşizm üzərində qələbə çaldı. Təəssüf ki, xainlərin çoxunu məsuliyyətə cəlb edib, edam etdirə bilmədi. Dünən nasistlərə satılanların ardıcılları bu gün  Qərbə, Dumanlı Albiona, dini cərayanlar sırasında yer alaraq Azərbaycanda xaos, anarxiya yaratmağa çalışır, tarixi təhrif edir, nankorları, xainləri qəhraman kimi sırımağa cəhd edirlər. Təbii ki, bu əməllərlə müəyyən insanların beynini yuya, tarixi saxlaşdırmağa cəhd etsələr də, həqiqəti heç vaxt dəyişə bilməyəcəklər.

Azərbaycan xalqı daim qəhramanlar, ərlər yetişdirib. Hər bir dövrdə qəhramanlıq yazmış oğul-qızlarımız həm tariximizin inciləri, həm də qürur mənbəyimizdir. Odur ki, Stalinqrad cəbhəsində həlak olan, yaralanan, qələbə üçün töhvə verən başda azərbaycanlılar olmaqla bütün sovet əsgərlərinin ruhları qarşısında baş əyir, dərin ehtiramla yad edirəm.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info