Burjua tör-tökünlərin cəfəngiyyatına, liberalların həyasızliğına baxmayaraq sadə insanların, zəhmətkeşlərin dahi Stalinə sevgisi, məhəbbəti artmaqda davam edir. Təkcə bu ilin davam etməkdə olan may ayında Stalinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Rusiyada hökumət səviyyəsində görülən işləri təqdim edirəm:

  • Volqoqrad hava limanın adı "Stalinqrad hava limanı" adına dəyişdirilib.
  • Voliqodsk vilayətində Stalinin daha bir abidəsinin açılışı olub.
  • Nijeqorodsk vilayətində Stalin-mərkəzin yeni tikintisi başa çatmaq üzrədir. Tikintidə insanlar könullü çalışır.
  • İnsanların tələbi ilə Tula muzeyinə Stalinin məşhur samovarı qaytarılıb və ziyarətçilərin boyük maragına səbəb olub.
  • Stavropolda Stalinin çox böyük portreti qoyulub və həmin yer ziyarətə çevrilib.
  • Ulan-Udedə Stalinin əzəmətli abidəsinin açılışı olub.
  • Çuvaşiyada yerli hökumət artıq, Stalinin 3-cü büstünü qoyub.
  • Mojayskda Stalinə büst qoyulub.
  • Moskvada Taqansk metrosunda Stalinin abidə - kompleksini (“Xalqın rəhbər-komandirə minnətdarlığı” barelyefi) şəhər meri bərpa edib və təntənəli açılışı olub.

Stalin qayıdir - sadə zəhmətkeşləri vəhşi kapitalizmin qanlı caynağından, ogru məmurların zülmündən, fırıldaqçı sahibkarların istismarından xilas etmək üçün!

Ədalət Abdinov 

Globkom.info