
Dünyada saysız kitablar var. Necə deyərlər doyunca kitablar oxumağa bir ömür yetməz. Amma hər bir insan öz arzu və istəyinə uyğun bir çox kitabları oxumağı həyatına sığışdıra bilər. Bilik mənbələrinin çeşidləri rəngarəngdir. İnsanlığın tarixində sol düşüncələrin populyarlaşması kitablar dünyasını daha da zənginləşdirdi. Solçuluqla bağlı danışanda çoxlarının ağlına Marksın, Engelsin, Leninin əsərləri gəlir. Bəs həqiqətdə sol ideyalarla bağlı ən populyar kitablar hansıdır?
Globkom.info “Daily.afisha.ru” – a istinadən 11 ekspertin sorğusuna əsasən solçuluqla bağlı 20 ən yaxşı kitabın siyahısını təqdim edir.
- Devid Qreber “Borc: Tarixin ilk 5000 ili”
- Terri İlqton “Marks niyə haqlı idi”
- Conatan Kerri “24/7”
- Tomas Piketti “XXI əsrin Kapitalı”
- Erik Hobsbaum “Dünyanı necə dəyişdirmək olar: Marks və Marksizmin nağılları”
- Sayman Kritçli “Sonsuz tələbkar”
- Qay Stendinq “Prekariat: Yeni təhlükəlis sinif”
- Devid Harvi “Neoliberalizmin qısa tarixi”
- Endrü Boyd / Deyv Mitçell “Gözəl problem: “İnqilab üçün alətlər qutusu”
- Con Zerzan “Maşınların alatoranlığı”
- Tiqqun “Gənc qız nəzəriyyəsi üçün ilkin materiallar”
- Maykl Hart/Antonio Neqri “İmperiya”
- Paolo Virno “Çoxluğun qramatikası”
- Fredrik Ceymison “Marksizmin və mədəniyyətlərin təfsiri”
- Mariya Qof “Prodüser kimi rəssam”
- Çxan Xa Cun “Samariyalılar: Azad ticarət mifi və kapitalizmin gizli tarixi”
- Codi Din “Kommunist üfüqü”
- Maykl Devis “Gecəqondular planeti”
- İmmanuel Vallerstayn “Tanış dünyanın sonu: XXI yüzilliyin sosialogiyası”
- “Görünməz komitə: Gələcək üsyan” – müəllifi anonimdir
Globkom.info