DEMƏK, bir müddət öncə bir yaradıcı ortamda ədəbiyyat müzakirəsi edirdik. Söz Salam Sarvandan düşdü. Xüsusən də bu mövzuda şair Seyran İsmayılla polemikamdan gəldiyim BİR QƏNAƏT OLDU Kİ, onu istərdim yazılı şəkildə sizlərlə də bölüşüm. Məqsədim Salamın yaradıcılığını ŞƏRH ETMƏK YOX, onun ədəbiyyat, sənət düşüncələrini, ENERGETİK HALını xarakterizə etməkdir.

Salamla dialoqda da olmuşam, yaradıcılıqla bağlı fikirlərini də oxumuşam, dinləmişəm və onun yazdığı şeirlərə münasibətimi də öncəki dönəmlərdə bildirmişəm. Dediyim kimi, bu dəfə mövzu tamam başqa!

GƏLİM MƏTLƏBƏ...

Yaradıcı adamlar belə demək mümkündüsə, spesifik prinsipli bir TRANSFORMATORdur. Həmin transformatorun daxilində bütün NƏSNƏlər var;

İdrak, tərkidünyalıq, dünyagörüş, ədəbi təfəkkür... İlahi ünsiyyət dalğaları, fövqəl enerji və.s.

... Ancaq burada incə bir DETAL mövcuddur:

Özünün transformator mahiyyətini görə bilən yaradıcı şəxslər qrupu...Və o mahiyyətin fərqində olmayanlar, o mahiyyəti görə bilməyənlər qrupu.

... Sənətkar olaraq özünün transformator mahiyyətini görmək üçün SƏN müəyyən dünyəvi — idraki qatların (kodların) köməyi ilə həmin transformatordan çıxıb, ÜST FƏZA hissəsinə qalxıb, öz ruhsal – energetik – idraki mahiyyətinin TRANSFORMATOR olmasının fərqində olmalısan.

... BU MƏQAMDA istərdim fikirlərimi bir az da konkretləşdirim. MƏSƏLƏN, Musa Yaqub, Əlisəmid Kür və Salam Sarvan.

Musa Yaqub, (eləcə də Əlisəmid Kür) özünün transformator mahiyyətinin fərqində ola bilmirdi... bilmir. ÇÜNKİ onların həmin transformatorun daxilindən çıxıb (oranı tərk edib), ÜST FƏZA hissəsinə qalxmaq KODu yox idi... yoxdu. O kodu bir az da FÖVQƏL İCAZƏ KODU adlandırmaq olar.

AMMA Salam Sarvanda (özünün qərarı ilə) hər zaman bu halın ƏKSİ baş verib. Salam öz transformator mahiyyətindən çıxıb, ÜST FƏZAda o EKSTAZ MAHİYYƏTİ çox gözəl şəkildə müşahidə edə bilib...

ƏSLİNDƏ Salamın burada ən böyük uğuru da sonradan öz transformator funksiyasına, mahiyyətinə qayıtmasıdır, qayıda bilməsidir.

Çünki yaradıcı adamın transformator mahiyyətindən çıxması, o mahiyyəti tərk etməsi ƏKSƏR HALLARDA sonradan o mahiyyətə qayıda bilməməklə nəticələnir. Səbəb də budur ki, öz transformator funksiyanı, mahiyyətini müşahidə etmək qədər BƏLKƏ DƏ dəhşətli mənzərə, an... yoxdur.

... Tanrı qorusun balıqların səsindəki Salam Sarvanı!

Emil Rasimoğlu

Globkom.info