2024-cü ilin sorğu nəticələrinə görə Rusiyada Stalinin reytinqi 71% keçir. Özü də Rusiya gənclərinin arasında Stalinə rəğbət artır. 1988-dən bəri aparılan total destalinizasiya çərçivəsində şərlənmə-böhtanlanma kampaniyasına baxmayaraq.

Belə baxanda, Putinin reytinqindən yüksəkdir. Yaşayan Putinin keçən əsrin ilk yarısında yaşamış liderə məğlub olması ağır dərddir. Odur ki, Putinin təbliğat maşını altdan-altdan da olsa antistalinist "dvijuxalarından" əl çəkmir.

Rusiyada -30 dərəcə temperaturu olan şəhərlərdə transformatorlar partlayır. Stalinin reytinqi niyə artmamalıdır? Axı rusiyalıların şüuru tamam çönməyib, Rusiyada çox sayda vicdanlı ziyalı var, onlar da camaata SSRİ haqda doğruları danışırlar. Sovet vaxtı Rusiyada -30 dərəcə olmurdu? Onda niyə transformatorlar partlamırdı?

Yaxşı yadımdadır, Ukraynada Rusiyanın Qərb imperializmi ilə savaşı başlayanda rusiyalı tru-kommunistlər narahat idilər ki, Rusiyada faşizm artacaq, Rusiya qalib gəlsə. Rusiya haqda "məğlub oldu" demək olmaz. Zarafat deyil dünyanın ən varlı və texnoloji cəhətdən qabaqcıl ölkəlarilə hibrid müharibəsi aparmaq. Amma Rusiyada bir az köpüklü-sabunlu vətənpərvərlik artıb, faşizm artışı olmadı, yoxsa Stalinin reytinqi bu səviyyədə olmazdı. Əksinə, müharibənin gedişatı onu göstərdi ki, Stalin haqsız çıxarıldığı söhbətlərdə də haqlı çıxdı. Putin sarayının təbliğatçısı Solovyov belə "mən hələ indi Stalini başa düşməyə başlamışam"  dedi bu yaxınlarda.

Putinsonrası Rusiyada solun yüksəlişinə, hətta sol-kommunist düşərgənin haimiyyətə gəlməsinə inanıram. Xəyatdır, hər şey ola bilər.

Hə, Stalinin iblisləşdirməsinə də sinfi prizmadan baxmaq lazımdır. Kimə faydalıdır onun mənfi obrazı? Bəli, oliqarxlara, kapitalist sinfinə, haramilərə, imperialistlərə. Stalin sosializmin simvoludur, sosializm isə sosial ədalət deməkdir, oğruların əlindən meşələrin, dağlların, dəniz sahilinin, saysız daşınmazın əllərindən alınıb, dövlətin (xalqın) mülkiyyətinə qaytarılması deməkdir.

 

Akşin Sultanov