
3 aylıq hazırlıqdan sonra 100-ə yaxın hərbçi yeraltı qaz borusu ilə Sucaya qədər gedərək, 7 ay əvvəl Rusiyanın Kursk vilayətinə soxulmuş Ukrayna ordusunun möhkəmləndiyi mövqenin arxasına çıxmağa müvəffəq oldular.
Bu boru ilə Avropaya qaz gedirdi, Ukrayna da öz ərazisindən keçən qaz tranzitinə görə ildə 800 milyon dollar qazanırdı. Amma Zelenski həm Rusiyaya, həm də Avropaya zərər vurmaq üçün... Ukraynaya zərər vurdu. Ki, bu banderaçı-faşist layihənin əsl məqsədi də elə bu idi - ukrayna xalqını “xərcləyərək” Rusiyaya zərər vurmaq.
Sovet hökumətinin yaratdığı qaz tranziti infrastrulturunun Kursk vilayətindən keçən borusunun diametri 1.40-1.43 metrdir, yəni durbanın hündürlüyü heç metr yarım deyil. Hündür hərbçilər,- hansı ki, aralarında boyu 1.95 m olanı da vardı – borunun içi ilə 6 sutkaya 15 km yaxın "yolu" qət etdilər. Hər bir hərbçi də, şəkildəki kimi, təkərli arabada su, qida, sursat, silah daşıyırdı.
Hərbçilər aralarında azı 2 metr məsafə qoyurdular, başqa cür nəfəs almaq qeyri-mümkün idi. Neçə aydır boruya qaz vurulmasa da, on illər boyunca qazın keçdiyi məkan kimyəvi zəhərlə doludur. Əvvəlcə borunun içini mümkün qədər havalandırmışdılar, amma yenə də çox təhlükəli idi, hər adamın orqanizmi tab gətirməzdi. Hərbçilər də ilk günlərdə zəhərlənib, qusurlarmış, amma geri qayıtmadılar, sona, əvvəlcədən hesablanan yerə qədər gedirlər, Sucanın içində durbadan çölə, yerin üstünə çıxırlar. Çıxan kimi də Sucanın sənaye zonasını ələ keçirib, mövqelərini möhkəmləndirirlər.
Düzdür, Ukrayna tərəfi təbliğat aparır ki, güya əvvəlcədən biliblər, gözləyiblər, rusiyalı hərbçilər borudan çıxan kimi hamısı məhv edilib..... Yalandır. Rusiyalı hərbçilərin gözlənilmədən ukrayna mövqelərinin arxasında peyda olması onlarda panika yaradır, mövqelərini tərk edib, qaçmağa başlayırlar. Məhz bu əməliyyatın nəticəsinə görə Rusiya son 2 gündə 100 kv. km və onlarla yaşayış məntəqəsi azad etdi. Bu gün Sucanı ukraynalı hərbçilərdən təmizləməyə başladılar.
Bəli, ukraynalılar da çox yaxşı vuruşurlar. Hər iki xalqın yaxşı vuruşan hərbçiləri var. Ukraynalı ekspert Arestoviçin dediyinə görə, Rusiya ordusu Sovet ordusunun yaxşı cəhətlərini götürüb, Ukrayna ordusu isə pis cəhətlərini.
Müharibə başlayanda Azərbaycanın ekspertləri deyirdilər ki, Rusiya ordusu köhnə Sovet ordusudur, Ukrayna ordusu isə NATO standartlarına uyğun ordudur, bir azdan Ukrayna ordusu Moskvada olacaq...
Amma indi Ukraynanın öz hərbi ekspertləri deyirlər ki, NATO-nun hərbi taktikası, standartları heç nəyə yaramır, Sovet ordusu daha üstündür, Sovet ordusunun standartlarını və səfərbərlik bacarığını müasir şərtlərə uyğunlaşdırıb, tətbiq etmək lazım idi.
Bu gün də Ukrayna tərəfi açıqlama verdi ki, Qərbin onlara verdiyi F16 qırıcıları Rusiyanın Su35 qırıcılarının qarşısında acizdilər.
Akşin Sultanov