Dünən Rusiya Kommunistləri Kommunist Partiyasının (RKKP) nümayəndələrinin ölkəmizə səfəri gerçəkləşdi.  Adı çəkilən partiyanın Mərkəzi Komitəsinin sədr müavini, RKKP MK Büro üzvü, Tver əyalətinin Konakovsk rayonunun deputatı İlya Kleymönov və RKKP sədrinin qadın hərəkatı üzrə müşaviri deputat Yekaterina Mironova paytaxtımıza təşrif buyurublar.

Kommunist yoldaşlar əvvəlcə I Fəxri Xiyabanı ziyarət edərək Azərbaycan SSR-in Mərkəzi Komitəsinin I Katibi və Azərbaycan Respublikasının lideri olmuş Heydər Əliyevin məzarını ziyarət etmiş, ardınca Azərbaycancanın görkəmli dövlət, elm xadimi, həkim Əziz Əliyev ilə tanınmış oftamoloq-alim, akademik Zərifə Əliyevanın qəbri önünə gül dəstələri qoymuşdular. Sonra qonaqlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda həlak olmuş qəhramanlarımızın qəbrinizi ziyarət edərək Şəhidlər Xiyabanında Vətən övladlarının məzarlarına qərənfillər düzülmüş, “Əbədi məşəl” abidəsinin qarşısında əkil qoymuşdular. Daha sonra kommunistlər nəinki SSRİ-də, türk dünyasında, müsəlman Şərqində  və dünyanın proletar hərəkatında adını qızıl hərflərlə yazdıran Azərbaycan xalqının məşhur oğlu, müəllim, yazıçı, publisist, dramaturq, aktyor, həkim, siyasətçi, alim, Azərbaycanda ilk pulsuz qiraətxananın yaradıcısı, ictimai, siyasi, dövlət xadimi dahi Nəriman Nərimanovun ev muzeyinə baş çəkiblər. Qonaqlar paytaxtımız bir çox parklarında, o cümlədən əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adını daşıyan parkda da olmağa vaxt tapıblar. Hər iki yoldaşlar həm paytaxtımızın gözəlliyindən, həm də qonaqpərvərliyindən çox məmnun qalıblar.

 

Axşam saatlarında isə rusiyalı qonaqlarımız azərbaycanlı kommunistlər, sosialistlərlə dəyirmi masa araxasında toplaşdı. Yığıncaqda Azərbaycan Kommunist Partiyasının sədri olmuş Telman Nurullayev, Azərbaycan Kommunist Partiyasının katibi olmuş Ədalət Abdinov, həkim, onkoloq-cərrah, Globkom.info saytının təsisçisi  İbrahim Əsədli və digər solçular iştirak edirdi. Məclisdə Azərbaycanda sol hərəkatın tarixi, Nəriman Nərimanovun həyatı, yaradıcılığı, mübarizə yolu, Azərbaycan SSR ilə RSFSR dostluq münasibəti, Azərbaycan xalqı ilə Rus xalqı arasındakı çoxəsirlik qonşuluq münasibəti, hazırda dünyadakı sol hərəkatların vəziyyəti və s. bu kimi mövzular üzərində geniş müzakirələr aparıldı. Həm İlya Yuryeviç Kleymönov həm də Yekaterina Vladimirovla Mironova məclis iştirakçılarının suallarını cavablandırdılar. Xanım kommunist Bakımızın gözəlliyinə heyran olaraq onu öz doğma Sankt Peterburqdan da gözəl adlandıraraq hər il paytaxtımıza baş çəkəcəyini vurğuladı.

Yoldaş Kleymönov Azərbaycan xalqının qonaqpərvərliyindən, mətbəximizin zənginliyindən və s. bu kimi dəyərlərimizi də qabartdı.  Rusiyalı deputat Nəriman Nərimanov və Heydər Əliyev başda olmaqla bir çox görkəmli xadimlərimiz barədə fikirlərini bildirdi. Yoldaş Kleymönov Vladimir İliç Leninin Nəriman Nərimanova  necə böyük dəyər verməsini, onun müsəlman Şərqinin avanqard inqilabçı adlandırmasını, həmçinin Rusiyada Nəriman Nərimanovun necə məşhur olması və Həştərxanda onun adını daşıyan şəhərin mövcudluğundan da danışdı. Kommunist siyasətçi Heydər Əliyevin dünya səviyyəli dövlət xadimi olmasından və zəmanəmizdə onun kimi liderlərin çatışmazlığını vurğuladı. İlya Yuryeviç Heydər Əliyevi qorboçovlardan, yelsinlərdən daha müdrik siyasətçi olduğunu vurğulamaqla məhz onun kimi zəngin idarəçilik təcrübəsi olan liderlərin SSRİ-də və 90-cı illərdəki Rusiyada yüksək dövlət  postu tutsaydılar tarixinin gedişatının fərqli cür olacağını da vurğuladı. Ən əsaslı kommunist yoldaşlar 2025-ci ildə Nəriman Nərimanovun anadan olmasının 155 illik yubileyi münasibətiylə “Nəriman Nərimanov ordeni”nin təsis edilməsinin və bu sahədə işlərin getdiyini də bildirdi.  

Məclisin yekununda RKKP sədrinin müavini İlya Kleymönov Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayevi, Azərbaycan Kommunist Partiyasının katibi Ədalət Abdinovu və doktor İbrahim Əsədlinin İosif Stalinin məşhur “Bizim işimiz haqdır və qələbə bizimlədir” ifadəsi həkk olunmuş medal və digər hədiyyələr ilə təltif etdi.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info