Vladimir Putinin səhvləri, xətaları kifayət qədərdir. Onu ideallaşdırmaq fikrindən çox uzağam. Ən azından o, 9 May Qələbə günü Qızıl Meydanda Leninin mavzoleyini fanerka ilə örtüb, qarşısında parad keçirməklə tarixin qara səhifəsində qalacaq. İndi isə Putinin daha bir bağışlanmaz növbəti səhvi haqqında. 1990-cı ilin payızında Qorbaçov və Şevardnadze ABŞ nümayəndələri ilə danışıqlar zamanı 1962-ci ildə "Karib böhranı" zamanı Kubanın əldə etdiyi təhlükəsizlik zəmanətindən imtina etdilər.

Sonra Yeltsin illəri gəldi, Kuba SSRİ-dən aldığı keçmiş yardımdan məhrum edildi və çox çətin sosial-iqtisadi vəziyyətə düşdü. Ancaq o, demək olar ki, möcüzəvi şəkildə sağ qaldı.

Bədnam Yeltsindən sonra Putin hakimiyyətə gəldi (“Xaç atası” Yeltsin yəqin ki, ölkənin hakimiyyətinin cilovunu kimə tapşırdığını bilirdi). Onun ilk rəsmi xarici səfərlərindən biri 2000-ci ilin dekabrında Rusiya Federasiyasının Prezidenti kimi Kubaya olub. O vaxta qədər, demək olar ki, 40 il Kubada Rusiyanın böyük strateji (sovet) hərbi obyekti - Kubanın paytaxtı Havananın Lourdes şəhərinin cənubunda yerləşən radioelektron kəşfiyyat mərkəzi mövcud idi.

2000-ci il dekabrın 15-də Kubaya səfəri zamanı Kreml rəhbəri bu mərkəzdə olub. O, həmçinin mərkəzin zabitlər evində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşüb. Bu görüş zamanı əsas məsələlərdən biri də mərkəzin gələcəyi ilə bağlı məsələlər idi. Rusiyanın Prezidenti toplaşanları açıq şəkildə əmin etdi ki, Lourdesdəki mərkəz heç vaxt ləğv edilməyəcək, əksinə, yalnız genişlənəcək və müasirləşəcək, çünki onun Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfə əvəzsizdir. Putinin bu sözləri toplaşanlar tərəfindən böyük sevinclə qarşılanmışdı. Doğrudan da, o, Moskvaya qayıtdıqdan sonra tələb olunan miqdarda hərbi obyektin maliyyələşdirilməsini təmin etdi və mərkəzin modernləşdirilməsinə başlanıldı.

Lakin bir ildən sonra Putin sözündən qaçdı. 2001-ci il oktyabrın 17-də prezident Putin Rusiya Müdafiə Nazirliyində müşavirə keçirdi və gözlənilmədən Lourdesdəki radioelektron kəşfiyyat mərkəzinin və Kamrandakı hərbi dəniz bazanın ləğv edildiyini bildirdi. Kuba rəhbərliyi Putinin qərarını növbəti xəyanət, dönüklük kimi qiymətləndirdi.

Qardaş Kuba 18 min sovet adamını Çernobıl radiasiyasından pulsuz müalicə etmişdi. Kubaya yardımdan imtina edəndə onların bu yaxşılığını da nəzərə almadı.

Sonradan məlum olub ki, ABŞ prezidenti Corc Buş Putinə şəxsən bu xahişlə müraciət edib. Rusianın ağası ABŞ ilə yaxşı münasibətlər qurmaq üçün belə bir addım atdı. Çünki qırx ilə yaxın idi ki, SSRİ-in, daha sonra isə Rusiya Federasiyasını həyati vacib kəşfiyyat məlumatları ilə təmin etməklə ABŞ-a ciddi narahatçılıq yaradırdı.

2014-cü ildə Putin özünə gəldi, səhvini anladı və Kuba ilə Rusiyanın Lourdesdəki elektron kəşfiyyat mərkəzinin qaytarılması ilə bağlı danışıqlar aparmaq əmrini verdi, lakin Kuba qəti şəkildə bundan imtina etdi. “Müqəddəs yer heç vaxt boş qalmaz” deyiblər. indi Kubada Rusiyanın əvəzinə güclü Çin elektron kəşfiyyat mərkəzi fəal şəkildə fəaliyyət göstərir.

Bəzi anlar, jestlər və baxışlar hər hansı bir sözdən daha yüksək səslə danışır. Bir dəfə xəyanət edən yenə də xəyanət edər.

Ədalət Abdinov

Globkom.info