Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In qızını özü ilə futbol oyununa da, hərbi təlimlərə baxmağa da aparır. Yəqin ki, bu səbəbdən qızını dünya mətbuatı indidən "varis" elan edib.

Bu günlərdə Türkiyə televiziya kanallarında  KXDR rəhbərinin kütlə tərəfindən alqışlanma epizodunu yayaraq, sanki yuxarıdan aşağı baxış nümayiş etdirdi. Sanki "rəhbəri belə coşquyla qarşılamaq normal deyil"ə gətirirdilər. Guya Türkiyənin özündə cənab Erdoğanı fərqli coşquyla qarşılayırlar. Nə fərqi var ki?

Fərq var! Belə ki,  KXDR-də əli və əməli təmiz, xalqından qara bir qəpik oğurlamayan lideri coşquyla qarşılayırlar. Türkiyədə,  Azərbaycanca isə "Dəmir yumruq" sevərlər, yumruğun içinə, çölünə, məzmununa baxmazlar.

Türkiyədə "bizim də kosmonavtımız var" demək  üçün  55 milyon dollar kiməsə ödəyib, yalvar-yaxarla pilotu kosmosa göndərərlər...

KXDR dünyada ən çox, ən uzun, ardıcıl, şiddətli sanksiyalara məruz qalan ölkə olmaasına baxmayaraq, ballistik raketlər istehsal edir. Nüvə silahına malikdir.

Türkiyədə isə hələ də "Fənərbaxça"lıları döyməklə məşğuldular. "Atatürkün sevimli klubu" söhbətini ortaya atanlar hesablamamışdılar ki, Atatürkdən qisaslarını həm də futbol vasitəsilə alacaqlar.

A.Sultanov

Globkom.info