Bu gün Azərbaycan Sovet Sosialist Respublikasının sonuncu və Azərbaycan Respublikasının ilk dövlət başçısı, Sovet Azərbaycanın ilk və son prezidenti Ayaz Mütəllibovun vəfatından 3 il keçir.

Ayaz Mütəllibovun hər iki respublikaya rəhbərlik etdiyi illərdə baş verən siyasi proseslərin xronoloji ardıcıllığı

  • Azərbaycan SSR 17 oktyabr, 1990-cı il tarixində İran İslam Respublikası ilə iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müqavilə imzaladı. Bununla da Azərbaycan SSR ilk beynəlxalq hökumətlər arası razılaşmanın imzalanması ilə tarixə düşdü.
  • 1991-ci il fevralın 5-də Azərbaycanın adındakı Sovet Sosialist sözləri götürüldü və bu tarixdən etibarən dövlət Azərbaycan Respublikası kimi adlanmağa başlandı. Həmin tarixdə Azərbaycanın bayrağında da dəyişiklik edildi və 1952-ci ildən Azərbaycanın dövlət bayraq kimi qəbul edilən oraq və çəkicin təsvir edildiyi bayraq 1918-1920-ci illərdə mövcud olan I respublikanın 3 rəngli bayrağı ilə əvəz edildi. Dövlətin  “Gerbi  və himni” qəbul edildi. Bununla özünün Azərbaycan Cümhuriyyətinin siyasi, tarixi (hüquqi yox) varisi hesab edən IV Respublika ilk Cümhuriyyətdən fərqli olaraq özünün gerbi və himni olur. Məhz Ayaz Mütəllibov Prezident olaraq Üzeyir Hacıbəyovun “Azərbaycan marşı” (sözlərinin müəllifi hələ tam bəlli olmayan) dövlət himni kimi təsdiq etdirdi.
  • 1991-ci ilin martın 17-də Azərbaycan SSR yeni qurulacaq Suveren Respublikalar İttifaqına daxil olmaq üçün referendum təşkil etdi. Əhalinin müsbət qərarından sonra iyunun 24-də Azərbaycan Suveren Respublikalar İttifaqı haqqında müqaviləni təsdiqləmək üçün nümayəndə heyətini təşkil edir. Lakin həmin ilin avqustun 21-də Moskvada baş verən hərbi çevrilişdən sonra SRİ layihəsi qüvvədən düşür. Nəticədə Moskvadakı hərbi çevrilişdən 9 gün sonra Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyanatı qəbul edilir. Azərbaycanın 1991-ci ilin mart referendumunda SSRİ-nin saxlanmasına hə deməsi ona böyük siyasi dəstək qazandırmışdı. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə "erməni silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə "Koltso" əməliyyatının keçirilməsinə ona dəstək verdi. Nəticədə, Azərbaycan OMON qüvvələri Sovet Ordusunun yardımı ilə Kamo və Çaykəndi azad etdi. Bundan əlavə, Azərbaycanda olan bütün erməni rayon və kəndlərini boşaldıldı.
  • Moskvadakı hərbi çevrilişdən 9 gün sonra-1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyanatı qəbul edilir. Bununla da 1936-cı ildən mövcud olan III respublika de-fakto süqut etdi və Azərbaycan tarixində IV respublika dövrü başlandı. Moskvadakı çevrilişin uğursuz alınması Azərbaycan üçün böyük zərbə idi. Avqustun sonunda ölkədə iqtidar faktiki olaraq RSFSR prezidenti Boris Yeltsinin əlinə keçdi. Yeltsin də Ermənistan rəhbərliyi ilə sıx yaxınlaşdı. Nəticədə Azərbaycan Qarabağ məsələsində siyasi dəstəyindən məhrum oldu. Mütəllibovun Moskvada heç bir avtoriteti olan siyasi dostu qalmamışdı.
  • 1991-ci il sentyabrın 8-də Azərbaycanda ilk prezident seçkiləri keçirildi və Ayaz Mütəllibov 98,5 faiz səslə IV Respublikanın ilk prezidenti seçildi.
  • 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı yekdilliklə qəbul edildi.
  • Azərbaycan prezidenti Ayaz Mütəllibov 1991-ci ilin dekabrın 21-də "Alma-Ata deklarasiyası"na qoşularaq SSRİ-nin faktiki məhvini hüquqi formaya salan sənədi imzaladı.
  • Yalnız bundan sonra 1991-ci ilin oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktının legitimliyini formalaşdırmaq üçün dekabrın 29-da referendum keçirilir. Həmin referendumda əhalinin 99,6 faizi Azərbaycanın müstəqilliyinin lehinə səs verdi. Bununla da IV cümhuriyyətin müstəqilliyi de-yure prosesə çevrildi.
  • 1991-ci il sentyabrında Jeleznovodskda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında kommünike imzalansa da, 2 aydan sonra baş verən Qarakənd faciəsi ilə Jeleznovodsk kommunikesi qüvvədən düşdü.
  • 1991-ci il noyabrın 20-də saat 14:42-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus hərbi vertolyotun DQMV-nin erməni qüvvələrinə məxsus "Strela-2" zenit raketi tərəfindən vurulması ilə 12 nəfər azərbaycanlı dövlət xadimi daxil olmaqla ümumilikdə 22 nəfərin həlak oldu. Bu faciə ilə Ayaz Mütəllibov komandasında favorit nazirlərini itirdi.
  • 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edildi. Azərbaycan rəhbərliyi bu addımı 1991-ci il 20 noyabr tarixində Qarakənddə DQMV-nin yerli erməni birləşmələrinin Azərbaycana məxsus hərbi helikopteri vurmasına cavab olaraq atmışdı.
  • Ermənistan silahlı qüvvələri və "DQR"-in özünü müdafiə qüvvələrinin 1991-ci il sonunda Azərbaycan ərazilərinin işğal prosesinə başladıldı.
  • Tahir Əliyev 1991-ci il fevralın 24-də Azərbaycanın müdafiə naziri təyin edildi. Hərbidən heç bir anlayışı olmayan Tahir Əliyevin müdafiə naziri təyin edilməsi Ayaz Mütəllibovun ən böyük səhvi idi.
  • Mütəllibov Azərbaycan parlamentində Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı razılaşmaya qoşulma təklifi ilə çıxış etsə də AXCP-dən olan deputatların təzyiqi ilə parlament Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı razılaşmaya qoşulmama barədə qərar verdi. Yalnız Xocalının işğalından 2 gün sonra Mütəllibov Xocalının işğalında Rusiya amilini nəzərə alaraq 28 fevral 1992-ci ildə marşal Şapoşnikova Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin qoşulması barədə teleqram göndərdi.
  • AXC Xocalının işğalından 8 gün əvvəl 1992-ci il fevralın 18--də Mütəllibova ultimatium verərək ona hakimiyyəti təhvil verməsi üçün fevralın 29-na qədər vaxt verdi.
  • 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən işğalı və xocalılılara qarşı soyqrım həyata keçirildi.
  • Ayaz Mütəllibov Xocalı və Əsgəranı geri qaytarmaq üçün 1992-ci ilin martın əvvəlində Rusiyanın 23-cü motoatıcı diviziya və 104-cü hava-desant diviziyasının köməyi ilə hərbi əməliyyatlara başlayır. Amma 1992-ci il martın 6-da AXCP-nin təzyiqi ilə Mütəllibovun istefaya getməsi Rusiyanın hərbi yardımı ilə Xocalı və Əsgəranın geri qaytarılması planının suya düşməsinə səbəb oldu.
  • Ayaz Mütəllibov müasir Azərbaycanın tarixində hələlik ilk və yeganə istefa vermiş Prezidentdir.

IV Respublikanın ilk Prezidenti Ayaz Mütəllibov yüksək dövlət kürsüsündə olduğu vaxt heç də karyerasında və həyatında xoş anlar keçmədi. Amma o, müasir Azərbaycanın keçmiş prezidentlərindən yeganə şəsdir ki, Qarabağın azad olunmasını görə bildi. Heyif ki, bu zəfərimiz onun ömrünü ucalda bilmədi. 44 günlük savaşdan iki il sonra – 27 mart 2022-cü ildə Ayaz Mütəllibov 83 yaşında dünyaya gözlərini əbədiyyən yumdu.

Xatirəsini hörmətlə anırıq!

 

ƏLİ NOVRUZOV

Globkom.info