Azərbaycanın televiziya efirində məşhularımızın absurd, gülməli, təəccüb doğuran ifadələr səsləndirməsi tez-tez müşahidə edilən hallardandır. Bu dəfə ATV-in "Gün ortası" verilişində "Əməkdar artist" verlişində 1977-ci ildə Kubaya səyahəti zamanı təyyarə göyərtəsində məşhur Sovet-Rus şairi Aleksandr Koçetkov ilə görüşdüyünü deyib. Aktyorun bu çıxışına münasibət birmənalı qarşılanmayıb və "Ədəbiyyat Qəzeti"nin əməkdaşı Turan Etibaroğlu özünün feysbuk hesabında məşhur simanaya "Ağalar Bayramovun YALANI!" adlı yazıyla cavab verib və tezliklə gündəm olub. Müəllifin yazısını olduğu kimi təqdim edirik.

 

Ağalar Bayramovun YALANI!

Əməkdar artist Ağalar Bayramovun ATV-də yayımlanan verilişdə səsləndirdiyi bəzi fikirləri ciddi şəkildə yalan məlumatlarla doludur. Deyim hansı yalandı. 

İlk olaraq, Ağalar Bayramovun Aleksandr Koçetkovla görüşdüyünü deməsi tamamilə absurddur. Niyə absurddur? Onu da deyim. Tarixə nəzər salsaq görərik ki, Ağalar Bayramov 16 yanvar 1954-cü ildə dünyaya gəlib. Aleksandr Koçetkov isə 1 may 1953-cü ildə vəfat edib. Bu o deməkdir ki, Koçetkov  dünyasını dəyişəndə Ağalar müəllim hələ heç doğulmamışdı. Belə bir əhvalat danışmaq sadəcə YALANDI... 

Daha sonra, Ağalar müəllimin dediyi  qatar qəzası 1964-cü ildə olduğunu və həmin məşhur “Tüstü dolu vaqon haqqında ballada” şeirində həmin ildə yazıldığı səhvdir. Yuxarda qeyd etdiyim kimi şeirin müəllifi 1953-cü ildə vəfat edib. Həqiqət budur ki, bu məşhur şeir və real olan qatar qəzası 1932-ci ildə olub. Ağalar Bayramov həmçinin şeirin məzmununda bəzi rəqəmləri də şişirdib.  Əslində, sözügedən faciədə 321 nəfər deyil, cəmi 36 nəfər həyatını itirmiş, 569 nəfər deyil, 51 nəfər yaralanmışdı. Bu barədə məlumatı hörmətli Yadigar Sadıqlı 2020-ci ildə yazmışdı. 

Belə baxıram Ağalar Bayramovun şeiri tərcümə etməsi, bu işi gördüyünü iddia etmək də əsassız görünür.

Bir də, qeyd edim ki, Ağalar Bayramovun 1977-1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda təhsil aldığı məlumdur. Bir tələbənin bu cür mühüm "görüşə" getməsi də inandırıcı gəlmir.

Niyə tanınmış bir sənət adamı, indiki dövrdə bu cür əsassız və tarixi faktlarla ziddiyyət təşkil edən bir iddia irəli sürsün?  Belə baxıram yəqin özünü bu sahədə daha mühüm insan kimi göstərmək istəməsidi..

Allah Aleksandr Koçetkova rəhmət eləsin, Ağalar Bayramova isə uzun və sağlam ömür arzulayıram... 

Belə bir zamanda belə YALAN danışmaq lazım deyil gec tez üstü açılır.

 

Müəllifin yazısındakı deyilənlərin nə dərəcə doğru olmasını yoxlamaq üçün internetə baş vurduq. Bir qədər araşdırma aparandan sonra Turan Etibaroğlunun həqiqətləri dediyini bəlli olur. Həm Ağalar Bayramovun çıxışını, həm də onu tənqid edən qəzet əməkdaşının dediyi məlumatların qaynaqları aşağıda təqdim edirik.

https://www.youtube.com/watch?v=DhzYz4xyN7o

https://az.wikipedia.org/wiki/A%C4%9Falar_Bayramov

https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%87%D0%B5%D1%82%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

https://xn--b1ae4ad.xn--p1ai/calendar/1932-10-16_krushenie-poezda-sochi-moskva

Globkom.info