Dünyanın quru hissəsinin 1/6-i (22 mln kv km), əhalisinin 1/20-i (300 mln nəfərə yaxın) təşkil edən Sovet Sosialist Respublikaları İttifaqı ərasinə görə dünyada 1-ci, əhalinin sayına görə isə 3-cü idi. Dünyanın 2 ən böyük iqtisadiyyatından biri idi. Azərbaycanın da tərkibində olduğu SSRİ dünya tarixində rəsmi ideologiyası marsizm-leninzm ideologiyası olan dövlət olub.

 

SSRİ-ni 4 dövlət subyektinin əsasında yaradılıb- Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdi.

Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət İttifaqa çevrildi. II Dünya Müharibəsindən qalib çıxmış SSRİ-nin tərkibinə Litva SSR, Moldova SSR, Estoniya SSR və Latviya SSR də daxil oldu.

 

Sovetlərin qurulması

 

XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı sürətlənmişdi. Lakin 1900-1903-cü illər dünya iqtisadi böhranı Rusiyadan da yan keçmədi. İctimai siyasi proseslərin dərinləşməsi ilə ilk siyası partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamış Sosialist-inqilabçılar (Eser) partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildə Rusiya Sosial- Demokrat Fəhlə partiyası (RSDFP) yaradıldı.

I Dünya Müharibəsi bir çox dövlətlərin, həmçinin Rusiya İmperiyasının da zəifləməsi ilə nəticələndi. Nəticədə daxildə olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralında inqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsi 1917-ci il martın 2-də taxtdan məhrum edildi.

Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi. Lakin bu hökumət xalqın dəstəyini qazana bilmədi. 25 oktyabrda (7 noyabr) baş vermiş növbəti inqilab nəticəsində Müvəqqəti Hökümət hakimiyyətdən getdi. Böyük oktyabr Sosialit İnqilabının nəticəsi olaraq hakimiyyətə Vladimir İliç Lenin başda olmaqla Kommunist (bolşeviklər) Partiyası gəldi.

1918-ci ilin yanvarında III Sovetlər Qurultayı Rusiya Federativ Sosialist Respublikasının yaradıldığını elan etdi. Tezliklə- 1918-ci iyununda ilk Sovet Konstitusiyası qəbul edildi.

Az sonra ölkədə vətəndaş müharibəsi başlandı. “Qırmızılar”a qarşı “Ağlar” formalaşdılar. Şərqdə Admiral Kolçak “Ağlar”a rəhbərlik etməyə başladı. O hətta “Rusiyanın Ali hökmdarı” elan edildi. Şimalda əksinqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi. Lakin bu müharibə tezliklə daxili müharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı.

İngilislərlə fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, almanlar Ukraynaya və Gürcüstana ordu yeritdilər. Lakin tezliklə Qızıl Ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikini, Vrangeli məğlub etdi. Sovetlərin bu qələbələri xarici qoşunları tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.

Lenin, Stalin və digər rəhbərlər SSRİ-nin digər Avropa ölkələrindən iqtisadi baxımdan geri qaldığını başa düşürdülər. XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə və kollektivləşmə kimi tədbirlər görüldü. 1928-1932-ci illərdə ilk beşillik plan qəbul olundu. Ölkədə çox güclü mərkəzləşmiş dövlət sistemi yaradıldı.

Lakiin yeni yaranmış sosialist dövlətinin xarici və daxili düşmənləri az deyildi. Onlar hər vəchlə sosialist inqilablarının dünyaya yayılmasının qarşısını almağa və SSRİ-ni dağıtmağa çalışırdılar. Daxildə dayanmadan terror aktları, təxrubarlar törədilir, xaricdən maliyyələşən antisovet təşkilatlar yaradılırdı. Bu halların qarşısını almaq üçün 1934-cü ildən başlayaraq ölkədə gizli düşmənlərin ifşası prosesi başladı. Daxili düşmənlər təmizləndi, amma cəzalandırılanların arasında günahsızlar da var idi.

II Dünya Müharibəsinin başlaması

 

XX əsrin 20-30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya dünyanın “qeyri-bərabər” nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. 1939-cu ilin martında Fransa, İngiltərə və SSRİ arasında başlanan danışıqlar uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya Sovet İttifaqı ilə 1939-cu il avqustun 23-də “Molotov-Ribbentrop paktı” imzaladı. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürürdülər.

1939-cu il sentyabrın 1-i Almaniya Polşaya hücumla II Dünya Müharibəsini başladı. Bundan sonra Almaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan “Barbarossa” adlı ildırım sürətli müharibə planı hazırladılar. Həmin plan SSRİ-nin çox sürətli işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsində Yaponiyanın şərqdən hücumu vacib idi. Almaniya ilə Yaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi.

SSRİ-nin Yaponiyadaki məxfi agenti, bakılı Rixard Zorge Almaniya SSRİ-yə hücum vaxtını dəqiqliyi ilə mərkəzə xəbər versə də, Stalin Hitlerdən belə tez hücum gözləmirdi.

 

Böyük Vətən Müharibəsində böyük qələbə

 

1941-ci il iyun ayının 22-də səhər saat 4-də (R.Zorgenin dediyi vaxtda) Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixinə “Böyük Vətən Müharibəsi” kimi daxil olmuş müharibə başladı.

Almanlar qısa vaxtda- ilk həftədə Smolenski tutdular. Sentyabr ayında Kiyev almanların əlinə keçdi, Leninqrad mühasirəyə alındı və noyabrda Moskvaya hücum başladı. Moskva ətrafında dekabrın 5-6-da baş verən Moskva döyüşündə almanlar darmadağın edildilər. Bu hadisə müharibənin gedişində əsaslı dönüşün başlanması kimi qəbul edilir. Məhz həmin döyüşdən sonra almanların "məğlubedilməzliyi" haqqında mif yox oldu. “Barbarossa” planı səmərəsiz çıxdı. Almanlar çox qısa zamanda uzun məsafəyə geri atıldı.

Müharibə dövründə İran özünü bitərəf elan etsə də, bu ölkədə alman kəşfiyyatı çox güclü idi. İranla SSRİ arasındakı əvvəlki müqavilələrə əsasən (Həmin müqavilələrdə bir dövlətin ərazisinin zəbt edilməsi təhlükəsi yarandığı zaman digər dövlətin ərazisinə qoşun yeridilə biləcəyini nəzərdə tuturdu) 1941-ci il avqust ayında Sovet ordusu İran ərazisinə (Cənubi Azərbaycana) daxil oldu.

Almanlar müxtgəlif istiqamətlərdən SSRİ-nin daxilinə doğru irəliləməkdə idilər. Kerçin müdafiəsi yarıldı, Sevastopol, Xarkov almanlar tərəfindən tutuldu. Stalinqrad və Qafqaz təhlükəyə düşdü. 1942-ci il noyabrın 19-da başlanan əks hücumla Qızıl Ordu almanları mühasirəyə saldı. Stalinqradda Sovet qoşunları qalib gəldi. Qafqazdan əks hücum başladı. Strateji üstünlük Qızıl Ordunun əlinə keçdi.

1943-cü ilin iyul-avqust aylarında baş vermiş Kursk döyüşü tarixə ən böyük tank və texnika döyüşü kimi düşdü. Burada hər iki tərəfdən külli miqdarda tank və ağır zirehli hərbi maşınlar toplanmışdı. Bu dəhşətli döyüşdə Qızıl Ordu qalib gəldi və almanlara sarsıdıcı zərbə vuruldu.

1943-cü ilin noyabrın 28-də İrandakı SSRİ səfirliyində “Tehran konfransı” başladı. Konfransda əsasən 3 dövlətin başçısı İ.Stalin (SSRİ), U.Çörçill (İngiltərə) və F.D.Ruzvelt (ABŞ) ilk dəfə görüşürdülər. Əsas müzakirə mövzusu sonrakı əməkdaşlıq və 2-ci cəbhənin açılması idi. Çörçill Sovetlərin Balkanları işğal etməməsi üçün 2-ci cəbhənin buradan açılmasına çalışırdı. Lakin Stalinə cəbhənin Şimali Fransadan açılması lazım idi. Stalin Almaniyanı məğlub etdikdən sonra Yaponiya ilə müharibədə Amerika Birləşmiş Ştatlarına kömək edəcəyini Ruzveltə söz verdi. Beləliklə Ruzvelt Stalini dəstəklədi. Bu Stalinin Çörçill və Britaniya İmperiyasına vurduğu ağır zərbə oldu.

1944-cü ilin yanvar-fevral aylarında SSRİ Leninqrad altından və Ukraynadan əks hücuma başladı. Tezliklə Finlandiya SSRİ-yə təslim oldu.

1944-cü il iyunun 6-da general Duayt Eyzenhauerin komandanlığı altında Normandiyada 2-ci cəbhə həddən artıq gec olsa da, nəhayət ki, açıldı. Lakin artıq müharibənin taleyi SSRİ-nin hərbi gücü və Sovet əsgərlərinin qanı bahasına həll edilmişdi. Sovetlər Georgi Konstantinoviç Jukovun rəhbərliyi ilə “Baqration əməliyyatı”na başladılar. Əməliyyat nəticəsində SSRİ öz ərazisindən Almaniyanı qovub çıxara bildi.

1944-cü ilin avqustunda Fransa almanlardan təmizləndi. Yaponiya bir neçə adasını itirdi.

1945-ci il fevralın 4-də “Böyük üçlük” liderləri- Stalin, Çörçill və Ruzvelt Yaltada görüşdülər. Onlar Almaniyanın qeyri-şərtsiz təslim edilməsi haqqında qərar qəbul etdilər. Stalin vaxtilə Rusiyanın yaponlarla müharibədə uduzduğu Port-Arturu və bəzi başqa əraziləri geri aldı.

1944-cü ilin dekabrında almanlar son əks-hücuma keçdilər. Lakin Sovetlərin başladığı “Visla-Oder” əməliyyatı almanları geri oturtdu.

1945-ci il aprel ayının 16-da Sovet marşalı Georgi Jukovun rəhbərliyi ilə “Berlin” əməliyyatı başladı və aprelin 30-da Reyxstaq üzərində SSRİ-nin bayrağı dalğalanmağa başladı.

Mayın 8-də alman hökuməti adından feldmarşal Vilhelm fon Keytel təslim olma haqqında müqavilə imzaladı. SSRİ-yə bu xəbər səhəri günü çatdı və 9 may faşizm üzərində Qələbə günü elan edildi.

Bu möhtəşəm qələbədə Azərbaycan xalqının da böyük rolu oldu. Dünyanı faşizmdən xilas edən Qızıl Orduya xalqımız 600 mindən çox əsgər verdi, onlardan 300 mini Vətən uğrunda qəhrəmancasına həlak oldu. Bakı nefti də müharibədə əhəmiyyətli rollardan birini oynadı. Azərbaycan xalqı ön cəbhəyə böyük dəstək verdi və bu amansız müharibədə öz böyük rolunu oynadı. 130-dan artıq azərbaycanlı Sovet ittifaqı Qəhrəmanı adına layiq görüldü. Xalqımızın böyük oğlu Həzi Aslanov isə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

 

SSRİ II Dünya müharibəsindən sonra

 

II Dünya müharibəsi qurtardıqdan sonra SSRİ müharibədən 25 milyonluq insan və çoxlu miqdarda təbii sərvət itkisi ilə çıxdı. Ölkələrin minlərlə şəhəri, kəndi, nəhəng miqyasda nəqliyyat infrastrukturu, minlərlə zavod, fabriki darmadağın olmuşdu. Lakin SSRİ müharibədən qalib və qat-qat güclü hərbi-iqtisadi potensialla çıxmağı başardı. Müharibədən sonrakı dövrdə SSRİ Sovet iqtisadi mözüzəsi yaradaraq qüdrətləndi və dünyada ən böyük fövqəldövlət kimi tanınmağa başladı.

II Dünya Müharibəsində hər 6 vətəndaşından birini itirən, iqtisadi potensialının 30%-i  məhv edilən, ən optimist qərb analitiklərinə görə bir daha özünə gəlməsi imkansız olan, ən yaxşı halda yalnız 50 ilə müharibədən əvvəlki inkişaf səviyyəsinə cata bilməsi ehtimal edilən bir ölkə cəmi 5 il sonra iqtisadi inkişafda bütün inkişaf etmiş qərb dövlətlərini ötüb keçdi.

1957-ci ildə isə Ümumi Daxili Məhsul İstehsalının həcmi bütün inkişaf etmiş Avropa dövlətlərinin birlikdə istehsal həcmini ötüb kecdi. Ən əsası isə bunun ücün xaricdən 1 dollar belə yardım almadan, əksinə daima blokada məngənəsində sıxıldığı halda bütün bunları etdi.

İkinci dünya müharibəsindən hədsiz qazanc əldə edən ABŞ Yaponyanın, Avropalı müttəfiqlərinin iqtisadi dircəlişinə trilyonlarla dollar pul buraxdı, amma Sovet İttifaqı hec 1 dollar da xarici yardım almadan qısa zaman ərzində geridə qalmış kəndli ölkəsindən dünyanın ən nəhəng hərbi-iqtisadi gücünə, nüvə dövlətinə və ilk kosmik ölkəyə cevrildi. Bir daha özünə gəlməz dedikləri ölkə dağıdıcı müharibədən cəmi 12 il sonra bəşəriyət tarixində ilk dəfə kosmosa Yerin ilk süni peykini göndərdi, bundan 4 il sonra isə kosmosa insan göndərən ilk ölkə oldu.

 

Soyuq müharibənin başlanması

 

1945-ci ilin iyununda “Böyük üçlük” liderləri Potsdam konfransında yenidən görüşdü. Franklin Ruzvelt vəfat etdiyindən onu Harri Trumen, Uinston Çörçili isə yeni seçilmiş baş nazir Klement Ettli əvəz etmişdi. Burada Almaniyanın sonrakı taleyi həll edildi və onun ərazisi 4 işğal zonasına bölündü. SSRİ-nin payına şərik çıxmaq üçün ingilis və amerkalılar Fransanı da müttəfiqlərin sırasına qatdılar.

Müharibədən sonra, 1946-cı il martın 5-də ABŞ-da səfərdə olan Uinston Çörçil, Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində özünün məşhur “Sülhün əzələləri” adlı çıxışını etdi. Tarixçilər məhz həmin çıxışı Çörçillin kommunizmə qarşı birgə mübarizəyə çağırışı- Soyuq müharibənin başlanması üçün siqnal hesab edirlər. Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi “Marşal planı” və “Trumen doktorinası” isə müharibəni “rəsmiləşdirdi”.

Müharibədən sonra iqtisadiyyatı dinc məqsədlər üçün istiqamətləndirmək xətti götürüldü. Yaranmış işçi qüvvəsi qıtlığını isə məhbusların, əsirlərin və sürgün olunanların əməyi ilə əvəz etdilər.

1947-ci ildə pul islahatı keçirildi. 1953-ci ildə İosif Stalin vəfat etdi. Onun yerinə hakimiyyətə Nikita Xruşşov gəldi.

1950-60-ci illərdə ölkədə böyük abadlıq quruculuq işləri aparıldı, iqtisadi inkişaf və sosial problemlər həllini tapdı. SSRİ-dən nümunə götürən 10-dan artıq ölkə sosializm yolunu seçdi.

1964-cü ilin oktyabrında Xruşşov tutduğu vəzifədən azad edildi. Leonid Brejnev Sov.İKP MK 1-ci katibi, Aleksey Kosıgin isə SSRİ Nazirlər Sovetinin Sədri seçildi. 1961-ci ildə Kommunist Partiyasının XXII qurultayında 20 il müddətində ölkədə kommunist cəmiyyəti qurma proqramı qəbul olundu.

Nikita Xruşşovun və Leonid Brejnevin dövründə keçirilən iqtisadi islahatlar ölkəni iqtisadi cəhətdən dirçəltdi. Əkin sahələri artırıldı, sənaye xeyli böyüdü.

SSRİ “Yenidənqurma” illərində

 

1982-ci ildə Leonid Brejnev vəfat etdi. Yeni rəhbər DTK-nın keçmiş rəhbəri Yuri Andropov (1982-1984) oldu. Onun ölümündən sonra isə Konstantin Çernenko (1984-1985) hakimiyyətə gəldi. Hər iki Sovet rəhbəri səhhəti ucbatından hakimiyyətdə çox qalmadan vəfat etdi. 1985-ci ildə Mixail Sergeyeviç Qorbaçov Sov.İKP MK-nın 1-ci katibi seçildi. Qorbaçov 1985-ci ilin aprelində MK-nın plenumunda sosial-iqtisadi inkişafı artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü.

1987-ci ildə ictimai qurluşu- sosializmi yenidən qurmaq vəzifəsi irəli sürüldü. Buna əsasən 2 məqsəd müəyyən olundu:

-Demokratik sosializm qurmaq;

-Lenin normalarına qayıtmaq.

1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olundu. Qorbaçov SSRİ-ni birinci prezidenti oldu.

 

Böyük dağılma”

 

1983-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi və kosmik gücünü artırmağa məcbur oldu. İqtisadi inkişafı sürətləndirmək üçün Qorbaçov “Sürətləndirmə”, “Aşkarlıq” kimi şüarlar irəli sürdü.

Artıq dünyada heç bir qüvvə bu dövləti dağıtmağa, ona qalib gəlməyə qadir deyildi. İmperialist dövlətlər bu məqsədlə öz xalqlarının boğazından kəsib trilyonlarla pul xərcləsələr də mümkün olmurdu. Yeganə variant daxildə təxribatlar və parçalanma yaratmaq idi.

Məhz bu üzdən həmin dövlətlər gizli 50 ilik plan üzrə SSRİ-ni daxildən dağıtmaq üçün var-güclərini ortaya qoydular. Sovet İttifaqında daxili parçalanma üçün heç bir faktor yox idi, nə sosial problemlər, nə siyasi bölünmə yox idi, nə də dini zəmində qarşıdurma yaratmaq mümkün deyildi, nə də iqtisadi blokada ilə nəsə edə bilərdilər. Yeganə variant etnik münaqişə yaratmaq idi. Elə bununla da məqsədlərinə çatdılar.

Bir vaxtlar Türkiyəyə qarşı təzyiq üçün Qərb dövlətlərinin süni şəkildə yaratdığı erməni lobbisini gücləndirib onların vasitəsilə SSRİ-də yaşayan erməniləri qızışdırmağa başladılar. Nəticədə şovinist millət olan ermənilər Azərbaycana qarşı açıq düşmənçiliyə başladılar, Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə keçdilər.

Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı “Böyük dağılma”nın başlanğıcı oldu. Aşkarlıq adı altında yaranan anarxiyaya DTK müdaxilə etmədi.

SSRİ rəhbərliyi nədənsə bu prosesin nəyə gətirib çıxaracağını vaxtında anlaya bilmədi. Etnik münaqişələr İttifaqın hər yerinə yayıldı. Eyni zamanda dövlətin daxilində yetişdirilmiş gizli düşmənlər- Qorbaçov, Yeltsin, Yakovlev kimilərinin əli ilə süni sosial problemlər, qıtlıq yaradıldı. Daxili narazılıqlar vüsət aldı, Kreml Bakıya, Tbilisiyə, Vilnüsə ordu yeritdi.

1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında istəklərini bildirdilər.

Bu da prosesi daha da alovlandırdı. SSRİ rəhbərliyində olan bəziləri nə baş verdiyini gec də olsa anladılar. Xəyanətkar Qorbaçov komandasını hakimiyyətdən uzaqlaşdırmaq üçün QKÇP yaratdılar. 1991-ci ilin avqustunda ölkədə Fövqəladə vəziyyət elan edildi, Qorbaçovun “səhhəti ağır olduğu üçün” onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin onların son cəhdi baş tutmadı. Qorbaçov yenidən öz vəzifəsinin başına keçdi. İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnamə qəbul etdi və SSRİ-dən ayrıldığını bəyan etdi. Bu hadisədən sonra Kommunist Partiyasının fəaliyyəti dayandırıldı.

1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş- Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR rəhbərləri SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi, dekabrın 26-da Kreml üzərindən tarixin ən böyük dövlətinin bayrağı endirildi- SSRİ dağıldı.

Qorbaçov SSRİ-ni dağıtmaq planını sona çatdırdı və sonra Qərbdəki ağalarının yanına qaçdı və buna görə Nobel sülh mükafatı aldı. Beləliklə, SSRİ 1922-ci il dekabr ayının 30-da yarandı və 69 il mövcud oldu.

SSRİ rəhbərləri

 

  1. Vladimir İliç Lenin (1922-1924)
  2. İosif Stalin (1924-1953)
  3. Georgi Maksimilianoviç Malenkov (1953-1955)
  4. Nikita Sergeyeviç Xruşşov (1955-1964)
  5. Leonid İliç Brejnev (1964-1982)
  6. Yuri Vladimiroviç Andropov (1982-1984)
  7. Konstantin Ustinoviç Çernenko (1984-1985)
  8. Mixail Sergeyeviç Qorbaçov (1985-1991)

 

        Bayramlar

 

1 Yanvar- Yeni il

23 Fevral- Ordu günü

8 mart- Beynəlxalq Qadınlar günü

12 Aprel- Kosmonavtika günü

1 May- Dünya zəhmətkeşlərinin həmrəyliyi günü

9 May- Qələbə günü

7 Oktyabr- Konstitusiya günü 

7 Noyabr- Böyük Oktyabr Sosialist İnqilabı günü

 

Sovet Respublikaları

 

Rusiya SFSR

Azərbaycan SSR

Belorusiya SSR

Ermənistan SSR

Estoniya SSR

Gürcüstan SSR

Latviya SSR

Litva SSR

Moldova SSR

Özbəkistan SSR

Qazaxıstan SSR

Qırğızıstan SSR

Tacikistan SSR

Türkmənistan SSR

Ukrayna SSR

 

Paytaxt- Moskva

 

Böyük şəhərlər- Moskva, Leninqrad, Kiyev, Daşkənd, Bakı, Xarkov, Minsk, Qorki, Novosibirsk, Sverdlovsk

 

Pul vahidi- Sovet rublu

 

Sahəsi-   22 402 200

Əhalisi- 300 mln

İdarəetmə forması- Sovet federativ respublikası