
Azyaşlı qızı qaçırıblar, ata da gedib qaçıran manyakın evinə və həmin ikiayaqlının atası gələnin qarşısına çıxaraq: "ağır seyidik" deyib. Nəticədə qız “ata”sının da iradəsi avtomatik zəifləyib və övladını geri qaytarmayıb...
Qızına zülm ediblər, həmişə də "biz seyidik"in arxasında gizləniblər, "seyidliyi" qalxan kimi istifadə ediblər. Hadisə qızın “seyid” gədə tərəfindən öldürülməsilə nəticələnib. Özü də işləncə verilərək öldürülüb. Azərbaycanda din yayan, din təbliğ edən hər kəs - hakimiyyətin başında olandan sıravi din xadimlərinə qədər bu faciəyə görə mənəvi məsuliyyət daşıyırlar. O total təbliğat olmasa, bu ata heç vaxt "mən seyidəm" ifadəsindən qorxub, geri çəkilməz, heç vaxt özünə "seyid" deyən şəxslərə xüsusi hörmət sərgiləməz, düşünər ki, seyid olmur kim olursa-olsun - bütün insanlar eynidir, özünü "seyid" kimi də təqdim etsə, fərq etmir, qızımı (yaşından asılı olmayaraq) qaçıra biməz, quldurluq, çaqallıq (şakallıq) və digər bu kimi iyrəncliklər edə bilməz.
Müasir Azərbaycanda "seyid" kimliyindən qorxulursa, çəkinilirsə, bu, din dəbinin yeridilməsinin arxasında dayanan istismarçı burjua sinfinin qara əməlləri sayəsindədir.
Bu xəbəri yayan burjua media belə bir şərh yazmışdı: "dinimiz azyaşlı qızla... icazə vermir...".
Yalana bir bax! Necə yəni vermir?! Bu dinin təsisçisi Məhəmməd peyğəmbər 9 yaşlı Aişəni özünə arvad etməmişdi?! Necə yəni yoxdur? Bütün müsəlman coğrafiyası ərslərdir azyaşlı qızların ərə verilməsilə, kəniz edilməsi baş verməyib?! Təzədən din uydurmmaqla, din şəkilləndirməklə deyil, kütlə elə köhnə qaydada dinin çürük ideologiyaları ilə güzəranını davam etdirməkdədir. Kütlənin başına "şəriətdə azyaşlı qızla evlənmə yoxdur" yalanını yeritmək üçün xeyli vaxt və əmək sərf etmək lazımdır. Halbuki, dünyəvi dövlətin dinə ehtiyacı olmamalıdır, azyaşlı qızı qaçırmağın ağır cəzası olmalıdır, dövlət də bu qanunu sərt tətbiq etməlidir həmin cəza cəmiyyətdə yenidən baş verməsin! Yoxsa burda da bu atanın dediyi kimi, polis belə azyaşlının toyuna müdaxilə etməyib ki, ağır seyidin qapısındadır toy... Belə yanaşma olar?! O toya müdaxilə etməyən polis rəisi, rayonun digər məsul şəxsləri hamısı məsuliyyətə cəlb edilməlidir. Bu məsələdə qətiyyən yumşaqlıq göstərmək, güzəştə getmək olmaz! Bu hal xalqımızın faciəsi, müsibətidir...
Xatırladaq ki, üç gün əvvəl 21 yaşlı Sabirabad şəhər sakini Talıbzadə Seyidrəsul 16 yaşlı həyat yoldaşı Ələkbərova Nuranəni xüsusi amansızlıqla qətlə yetirib, sonra isə cəsədini Kür çayına atmaqda şübhəli bilinərək həbs edilib. Saxlanılan şəxsə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq davam edir.
A.Sultanov
Globkom.info