
Xalqımızın 3 qəribə sevdası var
1. İsrail. Sionist, faşist, azğın kapitalist dövlətdir. İllərdir sionistlər Fələstin xalqına "bütün dünyanın" gözü qarşısında o xalqıa soyqırım edir, rahat bir gün yaşamağa imkan verilmir.
2. Ukrayna. Banderaçı-faşist, şovinist kapitalist dövlət. Daha doğrusu fahişə faşist banderaçıların əlinə keçmiş kapitalist dövlət. İqtidar bu banderaçıların əlinə keçməmiş azərbaycanlılar kütləvi halda bu ölkəni sevməzdi. Ukrayna. Azərbaycan hakimiyyətinin və xalqının sevgisi 2014-dən qabardı.
3. Türkiyə. İslamçı faşistlərin əlinə keçmiş Cümhuriyyət. Azərbaycan hakimiyyəti və xalqı da əsasən elə o faşist rejimin başında dayanan Rəcəb Tayib Ərdoğan cənabını sevir.
İllər əvvəl Ərdoğanın özünün universitet diplomunun saxtalığı haqda söhbətlər gedərdi. Amma o söhbəltəri Ərdoğan hakimiyyətə gəlməmiş etməli idilər. Amerikan qladiosunun güdümündə fəaliyyət göstərən "atatürkçülər" mallıq edirdilər, Ərdoğan təhlükəsini görmürdülər. Erdoğan dövlətin bütün gücünü əlinə keçirəndən sonra onun diplomunun saxta olmasının danışmağın əhəmiyyəti qalmamışdı.
Ərdoğan isə "atatürkçülərdən" fərqlənir. Özünə ciddi rəqib olan İstanbulun meri Əkrəm İmamoğlunu indidən zərərsizləşdirir. Böyük şəhərin icra başçısının əvvəlcə universitet diplomunun saxta olması söhbətini atdılar ortaya, diplomu verən İstanbul Universitetini bir bəhanə ilə diplomu saxta etdi. İndi də həbs etdilər.Əkrəm bəyi korrupsiyada və PKK terror təşkilatı ilə münasibətdə ittiham edirlər. Bu, Azərbaycanda jurnalistləri qaçaqmalçılıqla ittiham etmək kimi standart ittihamlardı.
İmamoğluna qarşı edilən bu əməllər onu göstərir ki, qalstuklu “islamçı” ondan qorxur. Həmçinin xalqın başını dinlə, təbliğatla yumaqlarına baxmayaraq Ərdoğan özü də xalqın ondan üz döndərdiyini bilir. Hələ “müxalifət”imizin uzunsaçlısı Gültəkin arvat da Azərbaycandakı demokratiyadan narazıdır, güya Tofiq Yaqublunun dərdini çəkir, amma Ərdoğanı sevir.
Hə, xalqımız bu işlərin harasındadır? Heç harasında. Xalqın beyninə Azərbaycan iqtidarı və Qərbçi musavatçılar nə yeridirlərsə, xalq da onunla gedir. Axı, Azərbaycanın müxalifətdəki qərbçi musavatçıları da banderaçı Ukraynanı, sionist İsraili və ərdoğançı Türkiyəni sevir, təbliğ edir.
SSRİ dağıdıldıqdan sonra dərhal bu hiss edilmirdi, amma indi Azərbaycanda, Türkiyədə, Ukraynada, Suriyada, elə bütün dünyada olanlara baxırsan və 1917-ci ildəki bolşevik sosialist inqilabından əvvəlki dünyanı aydın təsəvvür edirsən və "Beynəlmiləl"in sözlərinin mənasını anlayırsan.
A.Sultanov
Globkom.info