Məlum olduğu kimi şərqin əksər sahələrdə ilkləri Azərbaycanda reallaşdırılıb. Elm, texnologiya, iqtisadiyyat, mədəniyyət və sair digər çoxsaylı sahələrdə. 99 faizi də Sovet dövründə olmaqla. GlobKom.İnfo onlardan kiçik bir qismini oxucularına təqdim edir.

  1. Dünyada ilk sənaye üsulu ilə neftçıxarma (1847)
  2. Müsəlman şərinqdə ilk respublika quruluşunun elan olunması (1918)
  3. Şərq tarixində ilk sivil vətəndaş məhkəmələri (1920)
  4. Şərqdə konstitusiyalı dövlət quruluşuna malik ilk ölkə (1921)
  5. Müsəlman ölkələri arasında ilk aviasiya və aeroport (1921)
  6. Şərqdə və Sovet İttifaqında ilk tramvay nəqliyyatı (1924).
  7. Şərqdə və SSRİ-də ilk ilk elektrik dəmiryol xətti (1926-cı ildə Bakıda)
  8. Avropada və Şərqdə ilk açıq tipli istilik-elektrik stansiyası (İES)
  9. Müsəlman Şərqində ilk radio (1926)
  10. Şərqdə ilk Televiziya (1956)
  11. Şərq ölkələri arasında ilk metro (1967)
  12. Şərqdə ilk Elmlər Akademiyası (1935-45)
  13. Avropada öz dövrünün ən böyük teleskopuna sahib Astrofizika Rəsədxanası (1959)
  14. Şərqdə ilk Kosmik Tədqiqatlar Mərkəzi (1974)
  15. Şərqdə və Sovet İttifaqında ilk elektriklə işləyən domna peçi, ilk krekinq zavodları və bir sıra ilk texnoloji yeniliklər (1920-30)
  16. Şərqdə ilk Konservatoriya (1920)
  17. Şərqdə ilk Filarmoniya (1936)
  18. Şərqdə ilk Ali Teatr Məktəbi
  19. Şərqdə ilk dəfə Azərbaycan tarlalarında kənd təsərrüfatı texnikaları işləməyə başlayıb
  20. Şərqdə ilk elektrik ölkəsi
  21. Şərdə ilk müasir zavod və fabriklər
  22. İslam şərqində ilk kinostudiya (1922)
  23. Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxarılması (1949)
  24. Şərqin ilk qadın professorları, ilk qadın nazirləri, ilk qadıq deputatları, ilk qadın təyyarəçisi...
  25. Şərqdə ilk dünyəvi təhsil və ilk əlifba islahatı, qadınların ilk dəfə kütləvi təhsilə cəlbi, qadın deputat, nazir, müəssisə rəhbəri, alim və s. Azərbaycan  əsrin ortalarında hər 10 000 vətəndaşına düşən tələbələrin sayına görə ABŞ, Fransa kimi dövlətləri açıq bir fərqlə üstələyirdi. Əsrin ortalarında hər 1000 nəfər əhaliyə düşən həkimlərin, tibb işçilərinin sayına görə nəinki Türkiyə, İran, İraq kimi böyük müsəlman dövlətlərini, hətta Norveç, Hollandiya kimi Avropa dövlətlərini də qabaqlayıb.